III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub - YENİLƏNİB

III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub - YENİLƏNİB

Tarix: 11 Oct 2026 13:15

Bu gün III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub.

Apasport.az xəbər verir ki, yarışda 6 ölkədən 97 atlet iştirak edib.

Dörd gün davam edən ultramarafon çərçivəsində idmançılar ümumilikdə 192 km məsafə qət ediblər. Yarış Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) mərhələlərindən ibarət olub. Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb.

Sonuncu mərhələdə kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınlar arasında isə ukraynalı Olena Şevçenko finişə birinci çatıb.

Dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilərin mübarizəsində David Xarazişvili birinci yeri tutub. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü olub.

Qadınların yarışında Olena Şevçenko ümumi hesabda birinci yeri tutub. Rusiyalı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olub.

Qeyd edək ki, ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, eləcə də Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda dörd ölkədən 64 atlet 380 km məsafəni qət edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona altı ölkədən 81 idmançı qatılıb.

***

10:34

III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü və sonuncu mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, 6 ölkədən 97 atletin qatıldığı sonuncu mərhələdə iştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət edəcəklər.

Bununla da idmançılar dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək finişə çatacaqlar.

Qeyd edək ki, ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılır, ümumi təsnifatın qalibləri isə baş mükafata layiq görüləcəklər.

İlk üç mərhələnin yekunlarına əsasən, kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınların mübarizəsində isə ukraynalı Olena Şevçenko bütün mərhələlərdə birinci yeri tutub.

Ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, həmçinin Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.

Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə keçirilən ultramarafona altı ölkədən 81 atlet qatılıb.

Xankəndi III Beynəlxalq Xankəndi Ultramarafonu ultramarafon Ağdam Qəbələ Ağdaş Bərdə Qarabağ Azərbaycan idmanı atletika qaçış yarışı beynəlxalq yarış David Xarazişvili Olena Şevçenko sağlam həyat tərzi idmançılar marafon
III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti