Bazar ertəsi, 12 Oktyabr, 2026
Tarix: 11 Oct 2026 15:46
“Şərq qapısı” qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri Məhəbbət Mirzəyeva vəfat edib.
APA xəbər verir ki, Əməkdar jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Məhəbbət Mirzəyeva uzun illər “Şərq qapısı” qəzetində çalışıb. O, səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib, həmçinin “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.
Ceyhun Məmmədov Məhəbbət Mirzəyeva Şərq qapısı Əməkdar jurnalist Naxçıvan vəfat Tərəqqi medalı jurnalist media
Mənbə: apa.az