, 18 Yanvar, 2026
Tarix: 28 Jun 2024 20:21
Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Mustafayev Fərhad Səməd oğluna məxsus olduğu müəyyən edilib.
Onun ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Cəsəd aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.