Çərşənbə axşamı, 13 Oktyabr, 2026
Tarix: 11 Oct 2026 20:42
Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada həyatını itirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün magistralın 111-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Asəf Yusif oğlu Cəfərovu vurub.
Ağır xəsarətlər alan piyada politravma və travmatik şok vəziyyətində Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı Hacıqabul Bakı-Qazax magistralı yol-nəqliyyat hadisəsi piyada ölüm
Mənbə: apa.az