Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb

Tarix: 29 Jun 2024 08:16

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1993-cü il təvəllüdlü K.Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib. Hadisəsnin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti