Bazar ertəsi, 12 Oktyabr, 2026
Tarix: 12 Oct 2026 12:40
Ötən gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, böyük maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynov, səhnə tərtibatçısı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.
Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Lalə Qarayeva iştirak edirlər.
“Qodo həsrətində” Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı






Mənbə: apa.az