, 18 Yanvar, 2026
Tarix: 30 Jun 2024 16:03
Xətai rayonunda avtomobil sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan avtomobil rəngləmə sexinin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılan ehtiyat hissələri qismən, 1 ədəd su sayğacı və 1 ədəd elektrik açarı yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.