FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

Tarix: 13 Oct 2026 15:39

FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.

Ə. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Görüş oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.

Əliyar Ağayev FIFA referisi UEFA Avropa Liqası təyinat

Mənbə: apa.az

Xəbər Lenti