Çərşənbə, 14 Oktyabr, 2026
Tarix: 14 Oct 2026 01:48
Şirvan şəhərində hündürlükdən yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq xəstəxanada həyatını itirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır kəllə-beyin travması alıb.
Azyaşlı kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə təxliyə edilən körpənin həyatını xilas etmək mümkün olmayıb.
Əlibəy Zeynallı Şirvan bədbəxt hadisə azyaşlı xəstəxana ölüm
Mənbə: apa.az