“Qəbələ” öz meydanında “Kəpəz”ə uduzdu

“Qəbələ” öz meydanında “Kəpəz”ə uduzdu

Tarix: 09 Dec 2023 17:10

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk matçı Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyunda 3 cavabsız qola seviniblər.

“Zirə” isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Daha öncə “Sumqayıt” evdə “Qarabağ”a 1:6 hesabıyla uduzub. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası 16-cı tur 9 dekabr “Qəbələ” – “Kəpəz” 0:3 Qol: Georgi Papunaşvili, 6; 72. Adama Niane, 70. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev. Qəbələ şəhər stadionu, 15:00.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti