ABŞ yüz minlərlə kamikadze dronu silahlanmaya qəbul etməyi planlaşdırır

ABŞ yüz minlərlə kamikadze dronu silahlanmaya qəbul etməyi planlaşdırır

Tarix: 14 Oct 2026 21:08

Pentaqon 2026-cı ilin sonunadək ABŞ hərbçilərinin silahlanmasına yüz minlərlə kamikadze dronu daxil etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset məlumat verib.

Heqsetin sözlərinə görə, Pentaqon pilotsuz uçuş aparatları (PUA) sahəsində üstünlüyün təmin edilməsi üçün 1 milyard dollar maliyyə vəsaiti əldə edib.

O qeyd edib ki, nazirlikdə birdəfəlik istifadə üçün nəzərdə tutulan pilotsuz sistemlərin hazırlanması üzrə proqramlar olmayıb. Lakin bu il yüz minlərlə belə sistemin silahlanmaya daxil edilməsi planlaşdırılır. Sonrakı illərdə isə onların sayı indiyədək görünməmiş sürətlə artaraq milyonlarla ölçüləcək.

Qeyd edək ki, sentyabrın 30-da Pentaqon rəhbəri pilotsuz sistemlər üzrə ixtisaslaşacaq yeni ABŞ hərbi komandanlığının yaradıldığını açıqlayıb. Heqset bildirib ki, komandanlığın əsas vəzifəsi ABŞ Silahlı Qüvvələrinin avtonom və robotlaşdırılmış vasitələrdən istifadə imkanlarını genişləndirmək olacaq.

Pit Heqset ABŞ Pentaqon

Mənbə: apa.az

Xəbər Lenti