Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 15 Oct 2026 02:36
UEFA Çempionlar Liqasının liqa mərhələsində II turun son oyunları keçirilib.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 9 qarşılaşma baş tutub.
Günün diqqət mərkəzində olan görüşlərdən birində Türkiyə təmsilçisi “Fənərbaxça” İngiltərədə “Aston Villa”nın qonağı olub. İstanbul təmsilçisi rəqibinə 0:6 hesabı ilə uduzub.
Günün digər maraqlı qarşılaşmasında PSJ səfərdə “Mançester Siti”yə 4:2 hesabı ilə qalib gəlib.
“Real” isə İtaliyada “Roma”nı 4:3 hesabı ilə üstələyib. Madrid təmsilçisi 1:3 hesabı ilə geridə olmasına baxmayaraq, əzmkar qələbə qazanmağı bacarıb.
“Liverpul” Avstriyada LASK-ı 6:3 hesabı ilə məğlub edib.
Digər oyunlarda “Feyenoord” “Komo”ya 3:2, “Betis” “Portu”ya 3:2, “Şaxtyor” AEK-ə 3:1 hesabı ilə qalib gəlib. “Borussiya” (Dortmund) Norveçdə “Budyo-Qlimt”ə 0:1 hesabı ilə uduzub. “Ştutqart” isə səfərdə “Slovan”ı 3:0 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
14 oktyabr
20:45. “Feyenoord” (Niderland) – “Komo” (İtaliya) 3:2
20:45. LASK (Avstriya) – “Liverpul” (İngiltərə) 3:6
23:00. “Aston Villa” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə) 6:0
23:00. “Roma” (İtaliya) – “Real” (İspaniya) 3:4
23:00. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) 2:4
23:00. “Budyo-Qlimt” (Norveç) – “Borussiya” (Dortmund, Almaniya) 1:0
23:00. “Betis” (İspaniya) – “Portu” (Portuqaliya) 3:2
23:00. “Slovan” (Bratislava, Slovakiya) – “Ştutqart” (Almaniya) 0:3
23:00. “Şaxtyor” (Ukrayna) – AEK (Yunanıstan) 3:1
ApaSport UEFA Çempionlar LiqasıMənbə: apa.az