Dövlət Yanğından Mühafizə Xidməti  “açıq qapı günü” keçirib - FOTO

Tarix: 15 Oct 2026 18:07

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 18 nömrəli Yanğından Mühafizə Hissəsində, Abşeron, Astara, Suraxanı Rayon Yanğından Mühafizə hissələrində “açıq qapı günü” tədbirləri keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, tədbirlərdə “Yuvam körpələr evi”, “Kangaroo”, “Körpə Ulduz” uşaq bağçalarının azyaşlıları və tərbiyəçiləri, həmçinin Bakı şəhəri, Nizami rayon 328 nömrəli və Astara şəhər 1 nömrəli tam orta məktəblərinin şagird və müəllimləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

FHN Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü”

Mənbə: apa.az

Xəbər Lenti