Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tarix: 16 Oct 2026 08:05

Oktyabrın 16-da Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

APA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər elektrik enerjisinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədardır.

Yasamal rayonunda transformator məntəqəsində görüləcək işlər səbəbindən saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nəriman Nərimanov, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xəzər rayonunda isə 35/6 kV-luq 491 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar eyni saatlarda Albalılıq və Binə Atçılıq yaşayış massivlərində, eləcə də Buzovna qəsəbəsinin Abşeron küçəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC bildirib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bakı Yasamal Xəzər Azərişıq elektrik enerjisi təmir işləri məhdudiyyət

Mənbə: apa.az

Xəbər Lenti