Vüqar Zifəroğlu: Mətbuat Şurası fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək

Vüqar Zifəroğlu: Mətbuat Şurası fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək

Tarix: 16 Oct 2026 12:29

"Qurultay çərçivəsindəki çıxışlarda medianın qarşısında duran ciddi çağırışlar, eləcə də yeni texnologiyaların jurnalistikaya təsiri ilə bağlı məsələlər gündəmə gətirilib".

APA xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni İdarə Heyəti qarşıdakı çağırışlara yüksək səviyyədə cavab verəcək:

“Əminəm ki, yeni İdarə Heyəti yeni çağırışlara ən yüksək səviyyədə cavab verəcək. Azərbaycan Mətbuat Şurası həmişə olduğu kimi, fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək və müxtəlif maraqlı layihələr həyata keçiriləcək”.

Mətbuat Şurasının sədri, həmçinin quruma daxil olan şikayətlərin sayının əvvəlki illərlə müqayisədə azaldığını bildirib.

" 2022–2026-cı illəri əhatə edən dövrə nəzər saldıqda şikayətlərin sayında azalma tendensiyası müşahidə olunur. Mətbuat Şurasına daxil olan bütün şikayətlər araşdırılacaq və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək. Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması və Mətbuat Şurasının fəaliyyəti üçün münbit şəraitin yaradılması nəticəsində gələcəkdə şikayətlərin daha da azalacağı, hətta tamamilə aradan qalxacağı gözlənilir", - o qeyd edib.

Gülcahan İmanqızı

Mənbə: apa.az

Xəbər Lenti