Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib - FOTO - YENİLƏNİB-1

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib - FOTO - YENİLƏNİB-1

Tarix: 16 Oct 2026 12:59

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib.

APA xəbər verir ki, qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Qurultayda çıxış edən Rəşad Məcid bildirib ki, hesabat dövründə Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onlardan 691-i katiblik səviyyəsində həllini tapıb və tərəflər arasında anlaşma əldə olunub. Rəşad Məcid çıxışı zamanı dil məsələləri ilə bağlı görülən işlərə və təşəbbüslərə görə bir sıra şəxsə, o cümlədən "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızına təşəkkürünü bildirib. O qeyd edib ki, Mətbuat Şurası dövlət başçısının vurğuladığı məqamları rəhbər tutaraq Dil Komissiyasının fəaliyyətini gücləndirib: "Vüsalə Mahirqızının rəhbərliyi və təşəbbüsü ilə bu mövzuda mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb, medianın dili ilə bağlı tədbirlər təşkil edilib. Bu tədbirlər ictimai rəyin formalaşdırılması və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır".

Müşfiq Ələsgərli çıxışı zamanı jurnalistlərin etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsipin əlavə olunduğunu bildirib. Onun sözlərinə görə, yeni texnologiyaların mediada tətbiqi etik çərçivənin müəyyənləşdirilməsini və jurnalistlərin peşə məsuliyyətinin qorunmasını zəruri edir. Yeni prinsip səs birliyi ilə qəbul olunub.

Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli çıxışında ölkəyə qarşı yönələn dezinformasiyanın qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, qurum bu istiqamətdə intensiv fəaliyyət göstərib, zərurət yarandıqda gün ərzində bir neçə dəfə bəyanat və açıqlamalar yayıb.

Fərid Pərdəşünas isə süni intellektin jurnalistikaya təsirindən danışıb. O bildirib ki, yeni texnologiyalar sahədə müəyyən dəyişikliklər yaratsa da, jurnalistika öz aktuallığını itirməyəcək.

Sonda Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.

Qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. Səsvermə yolu ilə seçilən İdarə Heyətinin tərkibinə 23 nəfər daxil olub.

***

10:30

Azərbaycan Mətbuat Şurasının IX qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

APA xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq, qurultayı Mətbuat Şurası sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası, 9 nəfərdən ibarət Say komissiyası formalaşdırılıb.

***

09:00

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

APA xəbər verir ki, ümumilikdə 225 nümayəndə qurultayda iştirakını təsdiqləyib.

Qeyd edək ki, Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən, Hacıbəy Heydərli (“Azxeber.com”), Orxan Amaşov (AnewZ), Səadət Məmmədova (ATV), Nurşən Quliyev (APA), Vüqar Rəhimzadə (“İki sahil” qəzeti), Elşad Eyvazlı (Modern Media Qrupu), Vəfa Həmzəyeva (Real TV), Elmira Musazadə (CBC), Seyfəddin Hüseynli (“525-ci qəzet”), Qalib İbrahimoğlu (“Bakivaxti.az”), Fərid Şahbazlı (“Editor.az”), Elçin Alıoğlu (“Trend” İA), Anar Tahirov (“Bizim.media”), Hümbət Musayev (“Xalq qəzeti”), Aqil Camal (“Türküstan” qəzeti), Ələsgər Süleymanov (“Yeni Müsavat” qəzeti), Rey Kərimoğlu (“Qaziler.az”), Səbuhi Abbasov (“7news.az”), Rafail Becanov (“Cümhuriyyət” qəzeti), Əli Həziquliyev (“Elçi” qəzeti), Əli İbrahimov (“Xalq cəbhəsi” qəzeti), Telman İsa (“Aktor.az”), Əli Vəliyev (“Manset.az”), Famil İbrahimov (“Manset.az”), Mübariz Göyüşlü (“Crossmedia.az”), Əfsələddin Ağalarov (“Azxeber.com”), Şakir Ağayev (“Novoye vremya” qəzeti), Hafiz Heydərov (“Lent.az”) media üzrə, Vüqar Zifəroğlu (BDU, Jurnalistika fakültəsi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Əminə Yusifqızı (veteran jurnalist), Bəhruz Məmmədzadə (“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi), Fərid Pərdəşünas (Technote Media Şirkəti), Könül Niftəliyeva (BDU, Jurnalistika fakültəsi), Ayaz Mirzəyev (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi), Azər Həsrət (Bayraqdar Media), Yeganə Hacıyeva (Gənc Demokratlar İnstitutu), Emil Həsənli (hərbi ekspert), Nadir İsmayılov (CASCFEN), Xanoğlan Əhmədov (“Media və Mülki Cəmiyyət” İctimai Birliyi), Vüqar Oruc (Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti), Niyaməddin Orduxanlı (ƏHD Partiyası), Rəhim Hüseynzadə (veteran jurnalist), Zaur İbrahimli (politoloq), Qafar Çaxmaqlı (tədqiqatçı jurnalist), Şəmsiyyə Kərimova (veteran jurnalist) isə, İctimaiyyət nümayəndələri üzrə Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlərdir.

Gülcahan İmanqızı Mətbuat Şurası qurultay

Mənbə: apa.az

Xəbər Lenti