Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Tarix: 16 Oct 2026 14:30

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov oktyabrın ayının 16-da Cəbrayıl şəhərində yerləşən Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

“APA-Economics” xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Məlumata görə, müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, içməli su təchizatı, işə qəbul və digər məsələlərlə bağlı olub. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

APA-Economics ADSEA Cəbrayıl
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Mənbə: apa.az

Xəbər Lenti