Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO

Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO

Tarix: 16 Oct 2026 13:55

Oktyabrın 16-da Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə Nazirlik tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatı ilə tanışlıq məqsədilə Ağdam rayonuna növbəti mediatur təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, mediatur zamanı bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını intensiv şəkildə davam etdirir.

Mollalar kəndi ərazisində keçirilən mediatur zamanı jurnalistlərə bildirilib ki, əməliyyatlar kənd və qəsəbələrdə, içməli su hövzələrinin ətrafında, eləcə də su kanalları boyunca aparılır.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə xüsusi təyinatlı hərbi hissəsinin komandiri Süleyman Hüseynovun sözlərinə görə, Ağdamda minatəmizləmə işləri intensiv şəkildə davam etdirilir. Əməliyyatlara cəlb olunan şəxsi heyət müasir texnika və avadanlıqlarla, o cümlədən məsafədən idarə edilən “GCS-200” markalı minatəmizləyən robotlarla təmin olunub.

Bildirilib ki, minatəmizləmə işləri əl üsulu, xüsusi təlim keçmiş itlərdən istifadə və mexaniki vasitələrlə həyata keçirilir. “GCS-200” qurğusu ərazinin relyefindən asılı olaraq saatda 750–1500 kvadratmetr sahəni təmizləmək imkanına malikdir.

Mediatur çərçivəsində, həmçinin minaaxtaran itlərin əməliyyatlarda rolu və minatəmizləmə zamanı tibbi təhlükəsizliyin təşkili barədə məlumat verilib. Qeyd olunub ki, əməliyyatlara cəlb edilən əməkdaşların sağlamlıq və psixoloji vəziyyəti yoxlanılır, ərazidə zəruri tibbi yardımın göstərilməsi üçün müvafiq imkanlar yaradılır.

Qeyd olunub ki, FHN vətəndaşlara mina təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi, təmizlənməmiş ərazilərə daxil olmamağı, yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etməyi tövsiyə edir. Mina və ya şübhəli əşya aşkar edildikdə ona toxunmamaq və dərhal “112” qaynar xəttinə məlumat vermək xahiş olunur.

Elgün Gəncimsoy Mina Media Ağdam FHN minatəmizləmə əməliyyatı
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO
Media nümayəndələri Ağdamda FHN tərəfindən icra olunan minatəmizləmə əməliyyatı ilə tanış olublar - FOTO

Mənbə: apa.az

Xəbər Lenti