Ramiz Mehdiyev YAP-dan  çıxarılıb,  təltiflərindən məhrum edilməsi təklif olunub - YENİLƏNİB-3

Ramiz Mehdiyev YAP-dan çıxarılıb, təltiflərindən məhrum edilməsi təklif olunub - YENİLƏNİB-3

Tarix: 16 Oct 2026 17:51

Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum olunmasını təklif edib.

APA xəbər verir ki, İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.

***

saat 16.57

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb.

APA xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

***

saat 16.54

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibi formalaşıb.

APA xəbər verir ki, Ramiz Mehdiyev Veteranlar Şurasının yeni tərkibində yer almayıb.

***

saat 16.45

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.

APA-nın xəbərinə görə, bu, partiyanın VIII Qurultaydan sonra ilk iclasıdır.

Firuzə Vahid Ramiz Mehdiyev YAP

Mənbə: apa.az

Xəbər Lenti