Çərşənbə, 4 Ferval, 2026
Tarix: 09 Dec 2023 19:44
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA - nın cənub bürosunun verdiyi xəbərə görə, hərəkətdə olan minik avtomobili aşıb. Nəticədə iki nəfər xəsarət alıb. Xəsarət alanlar Sumqayıt şəhər sakinləri, 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.