Şənbə, 17 Oktyabr, 2026
Tarix: 17 Oct 2026 10:32
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətlərindən 121 051 min sərnişin istifadə edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə taksi ilə daşınan sərnişinlərin sayı 9% artıb.
Eyni zamanda, hesabat dövründə avtobuslarla daşınan sərnişinlərin sayı 1 482 288,6 min təşkil edib, bu da illik müqayisədə 11,4% artım deməkdir.
Qeyd etmək lazımdır ki, yanvar-sentyabr aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 1 771 305,6 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 9,7% artım deməkdir.
Emil İsmayılov Dövlət Statistika Komitəsi avtobus taksi sərnişin daşımaları
Mənbə: apa.az