Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Tarix: 09 Dec 2023 20:35

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Udulu kəndində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolda iki nəfəri vurub.

Onlardan biri yüngül xəsarət alsa da, digər piyada - Udulu kənd sakini, 2005-ci il təvəllüdlü Qocayev Pünhan Ehtiram oğlu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti