Şənbə, 17 Oktyabr, 2026
Tarix: 17 Oct 2026 14:07
Bu ilin sonuna kimi Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib.
O qeyd edib ki, hazırda hər iki kənddə bərpa və tikinti işləri davam etdirilir və işlərin ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Təranə Quluyeva vurğulayıb ki, oktyabrın 17-si Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə şəhərdə silsilə tədbirlər keçirilir. O bu tarixin həm dövlət, həm də Füzuli sakinləri üçün əlamətdar olduğunu qeyd edib.
Elgün Gəncimsoy Füzuli qayıdışMənbə: apa.az