Almaniya kansleri ölkədə ciddi siyasi parçalanma olduğunu etiraf edib

Almaniya kansleri ölkədə ciddi siyasi parçalanma olduğunu etiraf edib

Tarix: 17 Oct 2026 20:47

Almaniya Kansleri Fridrix Merz ölkədə siyasi qütbləşmənin dərinləşdiyini bildirib.

Alamaniya mediasının məlumatına görə, bu barədə o, Bonn şəhərində Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) gənclər təşkilatının illik konfransında çıxışı zamanı danışıb.

“Gəlin bir-birimizə qarşı dürüst olaq. Biz ciddi siyasi qütbləşmə yaşayırıq və bu, ölkə daxilində də özünü göstərir”, – kansler vurğulayıb.

Merz Xristian Demokrat İttifaqının Almaniya cəmiyyətindəki rolunu yenidən əsaslandırmalı olduğunu bildirib.

“Almaniyanın gələcəkdə də bizə ehtiyacı var. Lakin biz bunu yenidən əsaslandırmalıyıq”, – o qeyd edib.

Xatırladaq ki, sentyabrda keçirilən regional seçkilərdə mühafizəkarlar ciddi məğlubiyyətlə üzləşiblər.

Meklenburq–Ön Pomeraniya əyalətində Xristian Demokrat İttifaqı İkinci Dünya müharibəsindən sonrakı tarixində ilk dəfə 5 faizdən az səs toplayaraq yerli parlamentə daxil ola bilməyib.

Partiya Berlində Sol Partiyaya, Saksoniya-Anhalt əyalətində isə “Almaniya üçün Alternativ” partiyasına məğlub olub.

Açar sözlər: Almaniya Fridrix Merz siyasi qütbləşmə Xristian Demokrat İttifaqı CDU regional seçkilər

Mənbə: apa.az

Xəbər Lenti