Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 09 Dec 2023 21:39
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil "Volkswagen"lə toqquşub.
Qəza zamanı iki nəfərin yaralandığı bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
Mənbə: apa.az