Bazar, 18 Oktyabr, 2026
Tarix: 18 Oct 2026 13:57
Milli Hidrometeorologiya Xidməti oktyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
APA xəbər verir ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.
Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Bu ərazilərdə qərb küləyi əsəcək, sürəti saniyədə 13,9-20,7 metrə çatacaq.
Azərbaycan Bakı Abşeron hava proqnozu güclü külək Milli Hidrometeorologiya Xidməti narıncı xəbərdarlıq sarı xəbərdarlıq hava şəraiti 19 oktyabr
Mənbə: apa.az