Paytaxtda 49 nömrəli marşrutun müvəqqəti son dayanacaq məntəqəsi təyin edilib

Paytaxtda 49 nömrəli marşrutun müvəqqəti son dayanacaq məntəqəsi təyin edilib

Tarix: 19 Oct 2026 13:37

Paytaxtın Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatı vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti olaraq Yavər Əliyev küçəsində təyin edilib.

Emil İsmayılov AYNA avtobus

Mənbə: apa.az

Xəbər Lenti