Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 16:02
Bu ilin sentyabr ayında Türkiyədə əcnəbi vətəndaşlara ümumilikdə 2 167 mənzil satılıb.
“APA-Economics” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, hesabat ayında Türkiyədə xaricilərə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 9,9% azalıb.
Yanvar–sentyabr aylarında əcnəbilərə ümumi mənzil satışı isə illik müqayisədə 4,3% azalaraq 15 308 ədəd təşkil edib.
Sentyabrda Azərbaycan vətəndaşları qonşu ölkədə 70 daşınmaz əmlak alıblar. Onu bildirək ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 2,9% çoxdur. Ötən ay mənzil alqı-satqısında ən yüksək göstərici İstanbul, İzmir, Ankara və Antalyada qeydə alınıb.
Qeyd edək ki, ötən ay Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar Rusiya Federasiyası vətəndaşları olub. Həmin ay Rusiya vətəndaşları Türkiyədə 388 mənzil alıblar. İkinci yerdə İraq vətəndaşları – onlar Türkiyədən 166 ev alıb. Almaniya vətəndaşları isə ötən ay 162 mənzil alaraq siyahının üçüncü yerində qərarlaşıblar.
Xatırladaq ki, 2025-ci ildə Türkiyədə Azərbaycan vətəndaşlarına ümumilikdə 983 mənzil satılıb.
Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı Şəhər / vilayət Vətəndaşlıq ölkəsi Mənzil satışlarının sayı Qeyri-yaşayış sahəsi (iş yeri) satışlarının sayı İstanbul Azərbaycan 26 10 İzmir Azərbaycan 8 — Ankara Azərbaycan 8 3 Antalya Azərbaycan 8 — Mersin Azərbaycan 3 — Tekirdağ Azərbaycan 2 — Denizli Azərbaycan 2 — Eskişehir Azərbaycan 2 — Kocaeli Azərbaycan 2 — Sakarya Azərbaycan 2 — Samsun Azərbaycan 2 — Balıkesir Azərbaycan 1 — Yalova Azərbaycan 1 — Burdur Azərbaycan 1 — Aksaray Azərbaycan 1 — Trabzon Azərbaycan 1 — Muğla Azərbaycan — 1
İlahə Səlimova Türkiyə mənzil ev alqı-satqı azərbaycanlılar Azərbaycan vətəndaşları ev alışı
Mənbə: apa.az