Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş uşaqlarla bağlı həyata keçirilən reabilitasiya tədbirləri davam etdirilir.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, reabilitasiya proqramı çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların ölkəmizin tarixi, mədəniyyəti və təbiəti ilə yaxından tanış olmaları məqsədilə Qəbələ və Şəki rayonlarına ekskursiyalar təşkil edilib.
Bildirilib ki, ekskursiyalar zamanı uşaqlar Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyini, Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şəkidə isə Xan Sarayını ziyarət ediblər. Proqram iştirakçılarının yaxın günlərdə digər bölgələrimizə səfərləri də nəzərdə tutulub.
Qeyd edilib ki, 10 günlük sosial reabilitasiya proqramına cəlb edilən uşaqlarla sosial-psixoloji dəstək və sosial adaptasiya istiqamətində iş aparılır.
Gülcahan İmanqızı ƏƏSMN ukraynalı uşaqlar reabilitasiya




Mənbə: apa.az