Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 19:10
Oktyabrın 19-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər və həyata keçirilən tədbirlərə dair ətraflı fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonra qonaqlar müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş təlimin qərargahında olub, aviasiya texnikalarına baxış keçiriblər.
Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə HHQ




Mənbə: apa.az