“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Tarix: 20 Oct 2026 01:26

İngiltərənin “Mançester Siti” futbol klubu maliyyə qaydalarının pozulması ilə bağlı iş üzrə böyük miqdarda xal silinməsi və pul cəriməsi ilə üzləşə bilər.

“Daily Mail” nəşrinin məlumatına görə, kluba qarşı tətbiq oluna biləcək əsas sanksiyalardan biri turnir cədvəlindəki xallarının əhəmiyyətli hissəsinin silinməsidir.

Nəşrin qiymətləndirməsinə əsasən, belə bir qərar komandanın mövsümün sonunda İngiltərə Premyer Liqasından aşağı liqaya düşməsinə səbəb ola bilər.

Bildirilir ki, müstəqil komissiya klubun maliyyə qaydalarını ciddi şəkildə pozması ilə bağlı irəli sürülən ittihamların böyük hissəsini əsaslı hesab edib.

Araşdırmaya görə, “Mançester Siti” 2009–2018-ci illərdə bəzi kommersiya tərəfdaşları ilə bağlanmış müqavilələr vasitəsilə gəlirlərini olduğundan yüksək, xərclərini isə aşağı göstərib.

Klubun maliyyə hesabatlarında uyğunsuzluqlara yol verdiyi, Premyer Liqa və UEFA-nın maliyyə qaydalarını pozduğu, eləcə də araşdırma zamanı əməkdaşlıq öhdəliklərinə əməl etmədiyi bildirilir.

Məlumata görə, “Mançester Siti” mövsümün əvvəlində keçirdiyi yeddi oyunun hamısında qalib gələrək 21 xalla turnir cədvəlinə başçılıq edir.

Yekun sanksiyanın miqdarı barədə məlumat verilməyib.

Mançester Siti İngiltərə Premyer Liqası futbol maliyyə qaydaları xal silinməsi cərimə UEFA

Mənbə: apa.az

Xəbər Lenti