Sergen Yalçın Türkiyə futbol millisinin baş məşqçisi təyin edilib

Sergen Yalçın Türkiyə futbol millisinin baş məşqçisi təyin edilib

Tarix: 20 Oct 2026 14:44

Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu vəzifəyə Sergen Yalçın təyin olunub.

Təcrübəli mütəxəssis təyinatı ilə bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Yerli mətbuatın məlumatına görə, tərəflər arasında 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sergen Yalçın son olaraq “Beşiktaş”ın baş məşqçisi vəzifəsində çalışıb.

Mənbə: apa.az

Xəbər Lenti