Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 14:18
Zəngilan Şəhəri Günü qeyd olunur.
APA-nın yerli bürosu xəbər verir ki, Zəngilan Şəhəri Günü ilk dəfə şəhərdə silsilə tədbirlərlə qeyd edilir.
Tədbirlər çərçivəsində Zəngilan Konqres Mərkəzində “Zəngilan Plov Festivalı”, fotosərgi, uşaqlar üçün yaradıcılıq tədbirləri və ustad dərsləri təşkil edilib. XX Uşaq Teatrının tamaşası nümayiş olunub, konsert proqramı təqdim edilib. Tədbirlərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, şəhid ailələrinin üzvləri, dövlət qurumlarının nümayəndələri və sakinlər iştirak edirlər.
Zəngilan Şəhəri Günü tədbirləri Prezidentin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.
Elgün Gəncimsoy Zəngilan Şəhəri Günü









Mənbə: apa.az