Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 13:32
Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar. Bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.
Elgün Gəncimsoy Xocalı Ağdərə köç




Mənbə: apa.az