Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 14:43
Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın təsərrüfatın mərkəzi hissəsində, Bakı-Astara magistral yolunun kənarında yerləşən ərazidə müşahidə olunur.
Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
İlkin Rzayev Cəlilabad yanğın


Mənbə: apa.az