Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 10 Dec 2023 18:16
Goranboyda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az