Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 10 Dec 2023 21:00
“Qranada” – “Atletik Bilbao” matçı təxirə salınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb azarkeşin ölməsi olub.
Belə ki, iki komandanın qarşılaşmasının 18-ci dəqiqəsində azarkeşin səhhətində yaranan problem səbəbindən qarşılaşma dayandırılıb. Təcili yardım işçiləri azarkeşin köməyinə gəlib. Lakin bütün müdaxilələrə baxmayaraq azarkeşi xilas etmək mümkün olmayıb.
Mənbə: qafqazinfo.az