- , 22 Dekabr, 2024
Tarix: 12.07.2024 21:01
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
APA xəbər verir ki, iclas zamanı Azərbaycanın futzal üzrə milli komandasın baş məşqçisi ilə bağlı məsələyə baxılıb.
Vitali Borisovun müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi isə Sahib Məmmədov təyin olunub.
Onunla müqavilənin müddəti 1 il nəzərdə tutulub.