Şənbə, 17 Yanvar, 2026
Tarix: 15 Jul 2024 09:19
Ağsuda maşını ağaca çırpılan sürücü ölüb.
APA xəbər verir ki, hadisə Muradlı kəndində qeydə alınıb.
1967-ci il təvəllüdlü Abbasov Vüqar Sultan oğlu özünə məxsus "Mercedes Benz Vito" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirərək avtomobili ağaca çırpması nəticəsində ölüb.
Fakt araşdırılır.