- Cümə, 27 Dekabr, 2024
Tarix: 15.07.2024 14:09
Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı atasını bıçaqlayan qızın məhkəməsi başlayır.
APA xəbər verir ki, hazırlıq iclası sabah Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək.
Məlumata görə, Maştağa qəsəbəsində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilovun qızı Anastasiya Xəlilova tərəfindən bıçaqlandığı üzə çıxıb.
Anastasiya Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.