Şəkidə yataqda yanan kişi vəfat edib - YENİLƏNİB

Tarix: 15.07.2024 16:14

Şəkidə yataqda yanan kişi vəfat edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində ağır yanıq xəsarətləri ilə müalicə alan rayonun Baş Kəldək kənd sakini 57 yaşlı Mais Qinyət oğlu Nəbiyev günorta saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

***

09:58

Şəkidə 57 yaşlı kişi yataqda yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində baş verib. Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə və araşdırma zamanı məlum olub ki, M. Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxiya gedən M. Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti