Bakıda baxımsız vəziyyətdə qalmış 15 günlük körpənin həyatı xilas edilib

Tarix: 15.07.2024 17:49

Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib.

APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb. Məlum olub ki, körpə valideynlərinin diqqətsizliyi səbəbindən baxımsız vəziyyətdə qalıb.

Araşdırmalar davam etdirilir.

Xəbər Lenti