- Cümə, 27 Dekabr, 2024
Tarix: 16.07.2024 19:07
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyətinin Qazaxıstan Respublikasına səfəri davam edir.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti, qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Jaksılıkov və "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərliyi ilə birgə Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib. Gəmi ilə səfər zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.
Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara və texniki avadanlıqlara baxış keçiriblər.
Daha sonra hərbi hissələrdən biri ziyarət edilib. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.