Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 16 Nov 2023 12:20
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Mənbə: apa.az