- Cümə, 27 Dekabr, 2024
Tarix: 17.07.2024 15:05
2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 61 milyon 909 min 129 manat məbləğində maddi ziyandan 40 milyon 386 min 399 manatının ödənilməsi təmin olunub.
APA xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 8 milyon 32 min 611 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.