Sklerozun müalicəsində istifadə olunan dərman vasitələri ilə bağlı problemə aydınlıq gətirilib

Sklerozun müalicəsində istifadə olunan dərman vasitələri ilə bağlı problemə aydınlıq gətirilib

Tarix: 06 Nov 2026 13:49

Sklerozun müalicəsində istifadə olunan dərman vasitələri ilə bağlı problemə aydınlıq gətirilib.

APA xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib ki, Səhiyyə Nazirliyi nadir xəstəliklərin, o cümlədən sklerozun müalicəsində istifadə olunan dərman vasitələrinin qeydiyyatdan keçirilmədən ölkəyə idxalına şərait yaradır.

“Dərman vasitələri haqqında” qanuna əsasən, ölkəyə idxal olunan bütün dərmanlar qeydiyyatdan keçməlidir. Lakin nadir xəstəliklərin müalicəsində istifadə olunan dərmanların sayının az olması özəl təchizatçı şirkətlərin həmin preparatların idxalına marağını azaldır. Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə bu dərmanların qeydiyyatsız idxalına imkan yaradılır və bununla da onların ölkəyə gətirilməsi asanlaşdırılır. Amma dərman vasitələrinin ölkəyə idxalı özəl sektor tərəfindən həyata keçirildiyi üçün, həmçinin özəl sektorda həmin dərman vasitələrinə tələbatın az olması və onların idxalının təchizatçı şirkətlər üçün rentabelli olmaması bu preparatların ölkəyə gətirilməsinə mane olur”, - deyə nazir müavini qeyd edib.

Firuzə Vahid Skleroz dərman

Mənbə: apa.az

Xəbər Lenti