City Garden Narimanov-da təməldən satış başladı – Yeni şərtlər

City Garden Narimanov-da təməldən satış başladı – Yeni şərtlər

Tarix: 06 Nov 2026 16:17

Nərimanovda təməldən mənzillərin FAİZSİZ kreditlə satışı davam edir!

Bakının Nərimanov rayonunda yerləşən City Garden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldən satışına başlanılıb. Alıcılar üçün əsas üstünlüklərdən biri mənzilləri 18 ayadək FAİZSİZ DAXİLİ KREDİTLƏ əldə etmək imkanıdır.

Yeni satış mərhələsində fərqli yaşayış ehtiyaclarına uyğun mənzillər təqdim olunur. 49,39 kv.m sahəli 2 otaqlı studiyalardan 85,08 kv.m sahəli 3 otaqlı mənzillərə qədər seçimlər mövcuddur. Bu isə həm ilk mənzilini almaq istəyənlər, həm də ailəsi üçün daha geniş yaşayış sahəsi axtaranlar üçün əlverişli imkan yaradır.

City Garden Narimanov-da yeni mərhələ üzrə mənzil almaq istəyənlərə 30% ilkin ödəniş və 18 ayadək faizsiz daxili kredit şərtləri təklif olunur. Bu satış modeli mənzilin dəyərini müəyyən müddət ərzində əlavə faiz ödəmədən hissələrlə qarşılamağa imkan verir.

Təməldən satışa çıxarılan mənzillər tam təmirli təhvil veriləcək. Beləliklə, alıcılar gələcəkdə əlavə təmir işlərinə vaxt və vəsait sərf etmədən yeni mənzillərinə köçə biləcəklər.

City Garden Narimanov-da mənzil seçimi yalnız yeni satışa çıxarılan mərhələ ilə məhdudlaşmır. Yaşayış kompleksində hazır mənzillər və tikintinin digər mərhələlərində yerləşən mənzillər də təqdim olunur. Qeyd olunan mənzillər üçün 20%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka imkanı da mövcuddur.

Bu müxtəliflik alıcılara mənzil seçərkən həm sahə və otaq sayı, həm də köçmə müddəti baxımından öz ehtiyaclarına uyğun qərar vermək imkanı yaradır.

City Garden Narimanov paytaxtın əlverişli ərazilərindən birində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yerləşir.

Ümumilikdə 21 hektar ərazini əhatə edən layihənin 17,3 hektarı yaşıllıq sahələri üçün nəzərdə tutulub. Geniş yaşıllıq zonaları, gəzinti və velosiped yolları, uşaq oyun meydançaları, idman və istirahət sahələri sakinlərə şəhərin mərkəzində rahat yaşayış mühiti təqdim etməyi hədəfləyir.

Kompleksdə ticarət və xidmət obyektləri, kafe və restoranlar, avtomobil dayanacaqları və 24/7 mühafizə sistemi də nəzərdə tutulub.

Mənzillərin təmirində isə HARO, GEWISS, Prysmian və GROHE kimi tanınmış brendlərin məhsullarından istifadə olunur.

City Garden Narimanov-da yeni satış mərhələsi üzrə mənzil seçimləri, qiymətlər və 18 ayadək faizsiz kredit şərtləri haqqında ətraflı məlumat almaq üçün Kristalın satış ofisinə müraciət etmək və ya *1544 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi Ətraflı: 📞 *1544 kristal.az

İlahə Səlimova

Mənbə: apa.az

Xəbər Lenti