Yevlaxda yeniyetmə zəhərlənmədən ölüb - YENİLƏNİB

Yevlaxda yeniyetmə zəhərlənmədən ölüb - YENİLƏNİB

Tarix: 11 Dec 2023 13:18

2006-cı il təvəllüdlü vətəndaş (cinsi kişi olan) 10.12.2023-cü il tarixində saat 12:00 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətdə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, ona dəqiqləşdirilməmiş toksiki zəhərlənmə diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent həkimlərin səylərinə baxmayaraq, saat 13:17 radələrində vəfat edib.

***

10 dekabr, 23.40

Yevlaxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, şəhər sakini 2006-cı il təvəllüdlü Həşimov Kamran Bakir oğlu qida zəhərlənməsi diaqnozu ilə bağlı Yevlax rayon mərkəzi xəstəxanasına məlumat daxil olub. Həkimlərin səylərinə baxmayaraq 17 yaşlı şəhər sakinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti