Şənbə, 17 Yanvar, 2026
Tarix: 18 Jul 2024 17:54
Məlumat verildiyi kimi, iyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir. Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir. Əlavə məlumat veriləcək.