Balakəndə iki gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Tarix: 19.07.2024 10:14

Balakəndə iki gün əvvəl yol qəzasında ağır xəsarət alan 30 yaşlı kişi xəstəxanada ölüb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yol qəzasında xəsarət alaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilən 1994-cü il təvəllüdlü Kortala kənd sakini Fərman Cavanşir oğlu Əfəndiyev bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, iyulun 17-də Kortala kəndi ərazisində F. Əfəndiyevin idarə etdiyi qoşqulu motosikletlə minik avtomobili toqquşub. 1 nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər Lenti